Tikinti materiallarının satışı və tədarükü sahəsində fəaliyyət göstərən “Unimark Building Materials” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) maliyyət pozuntusunda ittiham edilib.
Yurd.Media-ının əldə etdiyi məlumata görə, MMC 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə həyata keçirilməli olan məcburi auditindən yayınıb.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə şirkət 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, “Unimark Building Materials” 2022-ci ildən fəaliyyət göstərir. Şirkətin direktoru Aydın Ağamalıyevdir.