SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“AzerGold”dan çıxdı, özəl şirkətdə yüksək vəzifəyə təyinat aldı

“AzerGold”dan çıxdı, özəl şirkətdə yüksək vəzifəyə təyinat aldı

  • 03 noyabr 2026, 15:37

Azərbaycanda restoran, hotel və digər bu tipli müəssisələrin idarəçisi olan “TABIA Group” şirkətində yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Oruc Eyvazov şirkətdə Risklərin idarə edilməsi və daxili nəzarət üzrə direktor vəzifəsinə təyin olunub.

O, bundan əvvəl 2024-2025-ci illərdə “AzerGold” QSC-də Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri olub.

2022-ci ilin yanvarından 2023-cü ilin dekabrınadək “PMD Group” MMC-də baş auditor, 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarınadək aparıcı daxili auditor, 2019-cu ilin fevralından 2021-ci ilin yanvarınadək isə daxili auditor vəzifələrində çalışıb.

O.Eyvazov 2016-cı ilin avqustundan 2018-ci ilin noyabrınadək “BCC-GRP” şirkətində keyfiyyətə təminat və keyfiyyətə nəzarət üzrə koordinator, həmin ilin yanvarından avqustunadək isə əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik (HSE) üzrə mütəxəssis olub.

Bundan əlavə, o, 2014-cü ilin sentyabrından 2015-ci ilin avqustunadək BP şirkətində geoloji mühəndislik istiqaməti üzrə təcrübə proqramında iştirak edib.

Xatırladaq ki, “TABIA Group” MMC 2018-ci ildə yaradılıb, 29.8 mln. manat nizamnamə kapitalı var. Şirkətin rəhbəri Uygar Kocasdır.

“TABIA Group” MMC– hotel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət 2018-ci ilin avqustundan rəsmi olaraq dövlət qeydiyyatına alınıb və “PMD Qrup”un bir hissəsidir. Təşkilat 2013-cü ildə hotel biznesini inkişaf etdirmək, turizm sektorunda illər ərzində Azərbaycanda və xaricdə davamlı böyüməni təmin etmək məqsədi ilə yaradılıb. Bu, şirkətin rəsmi səhifəsində qeyd edilir.

“TABIA Group” MMC-nin əmlak portfelində bir neçə 5 ulduzlu hotel (Gaşaltı Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort), lüks kurort (Shamakhi Palace Sharadil), “Paulaner Azərbaycan” (franchise pivə zavodu) və böyük dənizkənarı akvaparkı (Dalga Beach Aquapark) var.

Qeyd edək ki, "TABIA Group"a daha əvvəl Biznesin inkişafı üzrə direktor vəzifəsinə "Paşa Həyat Sığorta" çirkətindən gələn Ramilə Quliyeva təyin olunmuşdu.

Oruc EyvazovOruc Eyvazov

Skat.az - Ev və Avtomobil elanları