“Encom Construction” Qapalı Səhmdar Cəmiyyətin (QSC) dövlətə borcu 20 faizə qədər artıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Encom Construction”ın vergi borcu daha 189 min manat çoxalaraq 1,3 milyon manatı ötüb.
Qeyd edək ki, “Encom Construction” tikinti sahəsində 2009-cu ildən fəaliyyət göstərən iri şirkətlərdən biridir. QSC inzibati binaların, betonolit və metal konstruksiyaların, mikrotunel və mühəndis-kommunikasiya şəbəkələrinin tikintisi üzrə ixtisaslaşıb. Bakı və ətraf ərazilərdə yerləşən üç istehsalat bazası, iki asfalt istehsalı zavodu və bir beton zavodu şirkətin balansındadır. Rəhbəri Akif Əsədovdur. Şirkətin nizamnamə kapitalı cəmi 2 min manatdır, dövlət qarşısında yığılmış vergi borcu isə 1,1 milyon manata çatıb.
Xatırladaq ki, “Encom Construction”ın hesabatlılığında da problemlər üzə çıxıb. Şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.
Buna görə də QSC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə QSC 1500 manat cərimə edilib.