SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Borcu 1 milyon manatı aşan Encom Construction CƏRİMƏLƏNDİ

Borcu 1 milyon manatı aşan "Encom Construction" CƏRİMƏLƏNDİ

  • 18 sentyabr 2026, 09:38

“Encom Construction” Qapalı Səhmdar Cəmiyyət (QSC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Encom Construction” QSC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb. 

Buna görə də QSC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib. 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə QSC 1500 manat cərimə edilib.

Qeyd edək ki, “Encom Construction” tikinti sahəsində 2009-cu ildən fəaliyyət göstərən iri şirkətlərdən biridir. QSC inzibati binaların, betonolit və metal konstruksiyaların, mikrotunel və mühəndis-kommunikasiya şəbəkələrinin tikintisi üzrə ixtisaslaşıb. Bakı və ətraf ərazilərdə yerləşən üç istehsalat bazası, iki asfalt istehsalı zavodu və bir beton zavodu şirkətin balansındadır. Rəhbəri Akif Əsədovdur. Şirkətin nizamnamə kapitalı cəmi 2 min manatdır, dövlət qarşısında yığılmış vergi borcu isə 1,1 milyon manata çatıb.

Skat.az - Ev və Avtomobil elanları