“KredAqro” Bank Olmayan Kredit Təşkilatında (BOKT) korporativ hüquq departamentinin direktoru vəzifəsinə təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifə Ümid Muradova həvalə edilib.
O artıq yeni vəzifəsinin icrasına başlayıb.
Ümid Muradov 2023-cü ildən yeni təyinatadək “Sun Finance” şirkətində çalışıb.
O, 2023-cü ilin fevralından avqust ayınadək “Optimal Finance” BOKT-da hüquqşünas, 2022-ci ilin iyulundan oktyabr ayınadək “Legal-12” MMC-də və “Kontakt Home” şirkətində baş hüquqşünas, 2022-ci ilin aprelindən iyul ayınadək isə “Optimal” şirkətində hüquqşünas vəzifəsini tutub. Bundan əvvəl həmin şirkətdə kiçik hüquqşünas və hüquq köməkçisi kimi də fəaliyyət göstərib.
Ümid Muradov 2021-ci ilin avqustundan 2022-ci ilin iyulunadək “Music Gallery” şirkətində yarımştat hüquqşünas işləyib.
Bundan başqa, 2019-cu ilin yanvarından iyulunadək Rusiyada vəkillik bürosunda vəkil köməkçisi, 2015-ci ilin noyabrından 2018-ci ilin dekabrınadək isə hüquq klinikasında hüquqi məsələlər üzrə məsləhətçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, "KredAqro"da bu il təsisçisi dəyişib. Belə ki, yeganə təsisçi Rusiyaya məxsus "Aqromostfinans" MMC payını öz ölkəsinin vətəndaşı Nikolay Smirnova ötürüb. Yeni təsisçi BOKT-un nizamnamə kapitalını 65,7 milyon manata çatdırıb.
