Azərbaycanda yaşayış binaları tikən "Kristal Bakı" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 8,25 milyon manat xalis mənfəət əldə edib (əvvəlki ili 3,3 milyon manat zərərlə başa vurmuşdu).
Bu ilin əvvəlinə "Kristal Bakı"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 7,6% çox – 719,6 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 759,8 milyon manat (8,3% çox), balans kapitalının çatışmazlığı isə 40,2 milyon manat (23,9% çox), o cümlədən nizamnamə kapitalı 1 milyon manat (dəyişməyib) olub.