SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“AF Holding”in icraçı direktoru 1 il işləməmiş vəzifəsindən ayrılıb

“AF Holding”in icraçı direktoru 1 il işləməmiş vəzifəsindən ayrılıb

  • 31 oktyabr 2026, 12:31

Nazim Səfərov “AF Holding” şirkətinin icraçı direktoru vəzifəsindən ayrılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, 2026-cı ilin yanvarından bu vəzifədə çalışırdı.

Nazim Səfərov bundan əvvəl 2025-ci ilin yanvarından 2026-cı ilin yanvarınadək TƏBİB-də satınalmalar departamentinin rəhbəri olub. 

Eyni zamanda, həmin dövrdə Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri və Ağciyər Xəstəlikləri Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrini icra edib.

O, 2024-cü ilin fevralından 2025-ci ilin yanvarınadək “MİŞKİN” MMC-də maliyyə direktoru vəzifəsində çalışıb.

Nazim Səfərovun bank sektorunda da uzunmüddətli təcrübəsi var. O, 2005-ci ilin aprelindən 2024-cü ilin fevralınadək “Kapital Bank” ASC-də müxtəlif vəzifələrdə işləyib. Bu müddətdə aparıcı mütəxəssis, baş mühasib, baş biznes mütəxəssisi və filial müdiri vəzifələrini tutub.

Filial müdiri kimi Beyləqan, Salyan, Məhəmməd Hadi və Həzi Aslanov filiallarına rəhbərlik edib. Bundan əlavə, filiallarda satış və xidmət strukturlarının optimallaşdırılması üzrə transformasiya layihəsində iştirak edib.

Nazim SəfərovNazim Səfərov

Skat.az - Ev və Avtomobil elanları