SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Talıbov kafelərdə qalan yeməklərin təkrar satışı ilə məşğul olacaq

Talıbov kafelərdə qalan yeməklərin təkrar satışı ilə məşğul olacaq

  • 29 oktyabr 2026, 22:01

Talıbov kafelərdə satılmayan yeməklərin təkrar satışı ilə məşğul olacaq.

Yurd.Media "Ölkə.az"a istinadən xəbər verir ki, Azərbaycanda “Ecomealz” MMC adlı yeni şirkət yaradılıb.

MMC Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Abbas Fətullayev ev 64 m 5 ünvanında 10 manat kapitalla dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi Samir Talıbovdur.

Samir Talıbovun Dubayda da eyniadlı şirkəti fəaliyyət göstərir və həmin şirkətin işi restoran və kafelərdə gün ərzində satılmayıb qalan təzə təamları “sürpriz paketlər” şəklində endirimlə istehlakçılara təklif etməkdir.

Qeyd edək ki, Samir Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun oğludur.

Skat.az - Ev və Avtomobil elanları