SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Cyberpoint” şirkətinə yeni direktor və marketinq rəhbəri təyin olundu

“Cyberpoint” şirkətinə yeni direktor və marketinq rəhbəri təyin olundu

  • 28 oktyabr 2026, 20:46

“Cyberpoint” şirkətinə yeni direktor təyin olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzvü Elvin Balacanov təyinat alıb.

Elvin Balacanov 2022-2025-ci illərdə AKTA-nın sədri olub.

Qeyd edək ki, İT sektorunda kibertəhlükəsizlik xidmətləri təqdim edən "Cyberpoint" MMC 2022-ci ildə təsis edilib. Şirkət həm yerli, həm də qlobal miqyasda innovativ kibertəhlükəsizlik həllərinin araşdırılması, tətbiqi və milli kiber ekosistemin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Bundan əlavə, “Cyberpoint” şirkətinə yeni marketinq direktoru da təyin olunub. Bu vəzifəyə isə Sənan Həsənov təyinat alıb.

S.Həsənov bundan əvvəl "Azər-Türk Bank"ın marketinq direktoru vəzifəsində çalışıb.

Skat.az - Ev və Avtomobil elanları