SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Dövlətə 10 min manat borclanan “İnci Media Group”u Maliyyə Nazirliyi cərimələdi

Dövlətə 10 min manat borclanan “İnci Media Group”u Maliyyə Nazirliyi cərimələdi

  • 27 oktyabr 2026, 17:55

“İnci Media Group” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının auditinin 2025-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməyib. 

Bununla əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində MMC-nin rəhbərliyi 2026-cı ildə Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılıb.

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib. 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “İnci Media Group” 1500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, “İnci Media Group” MMC satış, istehsalat və distribüsiya üzrə fəaliyyət göstərir, direktoru Nicat Əlizadədir. Hazırda şirkətin 10 min manat vergi borcu var.

Skat.az - Ev və Avtomobil elanları