Ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən “MSolution” şirkətində kadr təyinatı baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Razi Musayev “MSolution”da Risk və Uyğunluq üzrə rəhbər vəzifəsinə təyin olunub.
O, 2026-cı ilin oktyabr ayından etibarən bu vəzifədə çalışır.
Razi Musayev bundan əvvəl beynəlxalq korporativ xidmətlər göstərən “TMF Group” şirkətində müştərilərin lazımi yoxlanılması və uyğunluq üzrə mütəxəssis vəzifəsində işləyib. O, 2023-cü ilin iyulundan 2026-cı ilin oktyabrınadək Polşanın Varşava şəhərində fəaliyyət göstərib.
O, 2021-ci ilin oktyabrından 2023-cü ilin iyulunadək “Goldman Sachs” şirkətində müştəri identifikasiyası və lazımi yoxlama üzrə baş analitik vəzifəsində çalışıb.
Razi Musayev 2019–2021-ci illərdə “MoneyGram International” şirkətində uyğunluq əməliyyatları üzrə analitik, bundan əvvəl isə həmin şirkətdə müştəri müraciətləri üzrə mütəxəssis vəzifəsini tutub. O, 2018–2019-cu illərdə “Sitel” şirkətində də müştəri xidmətləri üzrə mütəxəssis kimi fəaliyyət göstərib.
Razi Musayev 2018–2020-ci illərdə Polşanın Vistula Universitetində marketinq menecmenti üzrə magistr təhsili alıb. O, 2011–2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində inşaat mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb.
Razi Musayev