Azərbaycanlı qadın Qətərdə 20 ildən artıqdır enerji və dəniz infrastrukturu sahəsində fəaliyyət göstərən "Oceaneering" şirkətində yüksək vəzifəyə təyinat alıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Çinarə Əhmədova qlobal şirkətin İnsan resursları üzrə biznes tərəfdaşı vəzifəsinə təyin olunub.
O, 2012-ci ildən bu təyinata qədər bp-də insan resursları sahəsində fəaliyyət göstərib.
Qeyd edək ki, "Oceaneering" dəniz enerji, müdafiə, aerokosmik və istehsalat sənayeləri üçün mühəndislik xidmətləri, məhsullar və robototexniki həllər təqdim edən qlobal texnologiya şirkətidir.
