Azərbaycanda fəaliyyət göstərən “City Construction Group” Mənzil-Tikinti Kooperativi (MTK) valyuta qaydalarını pozmaqda ittiham edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 300 min ABŞ dolları məbləğində vəsaiti 2024-cü ildə xaricə köçürüb.
2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməyib, valyuta vəsaitini geri qaytarmayıb.
Mərkəzi Bank tərəfindən MTK-nın barəsində İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə MTK barəsində tərtib edilən inzibati xəta haqqında protokola dair təqsiri müəyyən edilməyib və inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.