SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi

“Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi

  • 21 oktyabr 2026, 11:28

“Azərbaycan Supermarket” MMC-nin sahibi olduğu “Bravo” supermarketlər şəbəkəsinin Təchizat Zənciri rəhbəri Anar İsayev vəzifəsindən ayrılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, “Prime Light” MMC-də Baş Əməliyyat direktoru vəzifəsinə təyin olunub.

A. İsayev bu vəzifədə əməliyyatların idarə olunması, satınalma, logistika, CRM və məlumat analitikası istiqamətlərinə rəhbərlik edəcək.  

Qeyd edək ki, Anar İsayev 7 ildən artıq “Bravo” şəbəkəsində çalışaraq mağaza müdiri, Ərazi və regional əməliyyat müdiri, mağaza məhsuldarlığı, sistemlər və proseslər rəhbəri, son olaraq isə Təchizat Zənciri rəhbəri vəzifələrini icra edib. 

O, bu vəzifədə şirkətin xammalın alınmasından başlayaraq son məhsulun müştəriyə çatdırılmasına qədər olan bütün prosesləri idarə edib.

Xatırladaq ki, “Prime Light” MMC dünyaca məşhur tütün şirkəti olan “Philip Morris International”ın Azərbaycandakı rəsmi və eksklüziv distribyutorudur. Şirkət əsasən topdan və pərakəndə ticarət, həmçinin logistika və distribusiya sektorunda fəaliyyət göstərir.

Anar İsayevAnar İsayev

Skat.az - Ev və Avtomobil elanları