“ATS Food” MMC-də yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Pərviz Mansurov “ATS Food”da İşəqəbul və təlim-inkişaf şöbəsinin rəisi təyin edilib.
O, bundan əvvəl Müdafiə Sənayesi Nazirliyinin "İQLİM" Elmi-İstehsalat Müəssisəsi MMC, Alov zavodunda İnsan Resursları şöbəsinin müdiri, "Özsüt Azerbaijan"da insan resursları üzrə menecer, "Araz Supermarket"də və "Azərsu"da çalışıb.
Qeyd edək ki, “ATS Food” MMC aqrar-sənaye sektorunda fəaliyyət göstərən qida sənayesi müəssisələrindən biridir. Şirkətin strukturuna un dəyirmanı, çörək zavodları, unlu və qənnadı məmulatları fabrikləri daxildir.
Pərviz Mansurov