SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Həqiqətə uyğun olmayan reklama görə “Almafamily Baku”ya CƏRİMƏ

Həqiqətə uyğun olmayan reklama görə “Almafamily Baku”ya CƏRİMƏ

  • 22 oktyabr 2026, 19:23

Bakıda texnika mağazasında həqiqətə uyğun olmayan reklam verilməsi faktı aşkarlanıb.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Almafamily Baku” MMC-nin reklamla bağlı qanunvericiliyin tələblərini pozduğu müəyyən edilib.

Belə ki, Bakıda elektronika, qadjet və ağıllı ev texnikasının (Roborock, MOVA, Apple, Samsung, Dyson və s.) satışı ilə məşğul olan “Almafamily Baku” mağazası tərəfindən hüquqi şəxslərin əmtəə nişanlarından və şəxslərin əqli mülkiyyət hüquqlarından istifadə hüququnun olması barədə həqiqətə uyğun olmayan reklam verilib.

Fakt “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci və 7.1.7-ci maddələri ilə əlaqələndirilib.

Məlumatda həmçinin İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə istinad edilib. Həmin maddəyə əsasən, reklamı qadağan olunmuş məhsulların, texnikanın və xidmətlərin reklamına, eləcə də reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilə bilər.

Skat.az - Ev və Avtomobil elanları