“Az Projects Group” şirkətinin rəhbərliyinə təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Fərrux Əhmədov “Az Projects Group” şirkətinin idarəedici direktoru vəzifəsinə təyin olunub.
O, bundan əvvəl müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Fərrux Əhmədov 2025-ci ilin fevralından 2026-cı ilin martınadək “RESCO” şirkətinin idarəedici direktoru olub.
Bundan əlavə, o, 2026-cı ilin martından sentyabrınadək “WUF13 Azerbaijan”da baş brend meneceri vəzifəsində çalışıb.
Fərrux Əhmədov 2025-ci ilin oktyabr-noyabr aylarında “MCH Global” şirkətində brend meneceri, eyni ilin avqust-noyabr aylarında isə “Baku City Circuit Operations Company”də brendin çatdırılması üzrə baş menecer vəzifəsini icra edib.
Onun peşəkar fəaliyyəti tədbirlərin təşkili, brend strategiyasının hazırlanması və həyata keçirilməsi, sərgi layihələrinin idarə olunması, pavilyonların qurulması və biznesin inkişafı istiqamətlərini əhatə edir.
Fərrux Əhmədov