SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Türkiyəli iş adamının dövlətə 100 min manat borcu olan şirkəti CƏRİMƏLƏNDİ

Türkiyəli iş adamının dövlətə 100 min manat borcu olan şirkəti CƏRİMƏLƏNDİ

  • 24 oktyabr 2026, 16:07

“Er-İnşaat Sanayi Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC tərəfindən 11 min ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülüb. 

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.  

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. 

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin 20 faizi miqdarında, yəni 2784 dollar cərimə edilib.

Qeyd edək ki, “Er-İnşaat Sanayi Ticarət” MMC Azərbaycanda 2009-cu ildən tikinti materiallarının tədarükü sahəsində fəaliyyət göstərir. Nizamnamə kapitalı 500 min manat olan şirkətin direktoru türkiyəli Mehmet Uğurdur. Hazırda MMC-nin dövlətə 109 min manat vergi borcu yığılıb. 

Skat.az - Ev və Avtomobil elanları