SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Nobel Energy”nin Azərbaycandakı törəmə şirkətinin rəhbərliyində YENİ TƏYİNAT - FOTO

“Nobel Energy”nin Azərbaycandakı törəmə şirkətinin rəhbərliyində YENİ TƏYİNAT - FOTO

  • 24 oktyabr 2026, 15:23

“Nobel Energy” şirkətinin Azərbaycandakı törəmə şirkəti “Prokon” MMC-nin rəhbərliyində təyinat olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nicat Əliyev şirkətin Baş direktorunun müavini vəzifəsinə təyin olunub.

O, 2020-ci ildən yeni təyinata qədər həmin şirkətin, eləcə də “Nobel Energy”nin daha bir törəmə şirkəti olan "SDL Nobel"in maliyyə şöbəsinin rəhbəri olub.

N. Əliyev 2017-2021-ci illərdə isə "Nobel Energy"nin özündə çalışıb.

2006-2017-ci illərdə "DəmirBank"da müxtəlif yüksək vəzifələrdə işləyib.

Xatırladaq ki, “Prokon” MMC 2012-ci ildə yaradılıb və 100 manat nizamnamə  kapitalı var. Şirkətin səhmdarı 95% ilə “Nobel Energy Limited” və 5% ilə “Nobel Oil Investment”dir.

Nicat ƏliyevNicat Əliyev

Skat.az - Ev və Avtomobil elanları