"TABIA Group" (əvvəlki adı ilə “PMD Hospitality”) şirkətində Biznesin inkişafı üzrə direktor vəzifəsinə təyinat olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə Ramilə Quliyeva təyin olunub.
O, yeni təyinatadək 12 ildən çox "Paşa Həyat Sığorta"da çalışıb. Bu müddət ərzində mütəxəssis vəzifəsindən rəhbər vəzifəyə qədər yüksəlib.
Xatırladaq ki, “TABIA Group” MMC 2018-ci ildə yaradılıb, 29.8 mln. manat nizamnamə kapitalı var. Şirkətin rəhbəri Uygar Kocasdır.
“TABIA Group” MMC– hotel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət 2018-ci ilin avqustundan rəsmi olaraq dövlət qeydiyyatına alınıb və “PMD Qrup”un bir hissəsidir. Təşkilat 2013-cü ildə hotel biznesini inkişaf etdirmək, turizm sektorunda illər ərzində Azərbaycanda və xaricdə davamlı böyüməni təmin etmək məqsədi ilə yaradılıb. Bu, şirkətin rəsmi səhifəsində qeyd edilir.
“TABIA Group” MMC-nin əmlak portfelində bir neçə 5 ulduzlu hotel (Gaşaltı Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort), lüks kurort (Shamakhi Palace Sharadil), “Paulaner Azərbaycan” (franchise pivə zavodu) və böyük dənizkənarı akvaparkı (Dalga Beach Aquapark) var.
Ramilə Quliyeva