“İrşad Electronics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərisi ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət alqı-satqı müqaviləsi üzrə 228 manat əsas, 34 manat cərimə, ümumilikdə 262 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
İddiaçı tələbini onunla əsaslandırıb ki, “İrşad Electronics” MMC ilə cavabdeh arasında 2025-ci ildə bağlanmış -satqı müqaviləyə əsasən, sonuncu aldığı “Xiaomi” markalı mobil telefon və 2 ədəd aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər 28 manat olmaqla, cəmi 325 manat ödəməyi öhdəsinə götürüb.
Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq yaranmış borcu qaytarmayıb. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırıb.
Məhkəmə iddia tələbini təmin edib.
Qeyd edək ki, “İrşad-Electronics” bundan əvvəl İmişli, Ağdam, Şəki, Şəmkir və Sabirabad rayonlarından, həmçinin Gəncə şəhərindən və Bakının Nizami rayonundan olan müştərilərinə qarşı iddia qaldırmışdı.