“İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) daha bir müştərisinə qarşı iddia qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət Nizami Rayon Məhkəməsinə müraciət edərək müştərisindən 50 manat əsas borc, 7,5 manat cərimə olmaqla ümumilikdə 57,5 manat borc və 30 manat dövlət rüsumunun tutulması xahiş edilib.
Məhkəmə iddia tələbini təmin edib.
Qeyd edək ki, “İrşad-Electronics” bundan əvvəl Şəki və Şəmkir rayon məhkəmələrində müştərilərinə qarşı iddia qaldırmışdı.