Xocavənd rayonunda qeydiyyatda olan “Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət bu aydan etibarən işini dondurub.
Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən “Ruzi” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin direktoru Bahar Bayramovadır.
Şirkət daha əvvəl dövlət qurumlarının iri satınalmalarında qalib olub. Belə ki, 2020-ci ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabeli qurumlarla beş aydan az müddətdə ümumi dəyəri 7,3 milyon manat olan 44 müqavilə bağlayıb.
Müqavilələr əsasən tikinti materialları, nasoslar, maşın-mexanizmlər üçün ehtiyat hissələri və təmir materiallarının satın alınmasını əhatə edib.
2025-ci ildə isə “Ruzi” MMC-nin Samux rayonunda keçirilən üç dövlət satınalması üzrə ümumilikdə 447 min manatlıq sifariş aldığı bildirilib.