SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Turizm mərkəzi, polis şöbəsi tikən şirkətin borcu 10 milyon manata çatır

Turizm mərkəzi, polis şöbəsi tikən şirkətin borcu 10 milyon manata çatır

  • 17 noyabr 2026, 12:24

Tikinti sahəsində fəaliyyət göstərən “Agah Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə vergi borcu kəskin artıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 9 milyon 951 min manata çatıb. Bu ayın əvvəlindən bəri şirkətin borcu 150 min manat artıb.

Qeyd edək ki, 2014-cü ildə dövlət qeydiyyatına alınan “Agah Group” MMC-nin nizamnamə kapitalı 100 manatdır. Şirkətin direktoru Zakir Mənsimovdur.

Şirkət dövlət qurumlarının iri tenderlərində qalib olub. Belə ki, 2025-ci ildə Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinin inzibati binasının tikintisi üzrə 5 milyon 165 min manatlıq müqavilə bağlayıb.

2023-cü ildə isə Dövlət Turizm Agentliyinin Suqovuşanda turizm infrastrukturunun yaradılması üzrə keçirdiyi tenderin qalibi olub. Müqavilənin dəyəri 3 milyon 26 min manat təşkil edib.

“Agah Group” 2022–2023-cü illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin keçirdiyi satınalmalarda da iştirak edib. Şirkətlə küçələrin təmiri, abadlıq və istilik sistemlərinin təmiri üzrə müxtəlif müqavilələr bağlanıb.

Skat.az - Ev və Avtomobil elanları