SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Maliyyə Nazirliyi logistika şirkətinə cərimə protokolu yazdı

Maliyyə Nazirliyi logistika şirkətinə cərimə protokolu yazdı

  • 16 noyabr 2026, 13:41

“Mono Logistics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsi tərəfindən MMC-də yoxlama aparılıb. 

Məlum olub ki, logistika və gömrük sahəsində fəaliyyət göstərən “Mono Logistics” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə həyata keçirilməli olan məcburi auditindən yayınıb.

Buna görə də MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə protokol tərtib olunub. 

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, iki il əvvəl yaradılmış “Mono Logistics” MMC-nin direktoru Ceyhun Əzimovdur.

Skat.az - Ev və Avtomobil elanları