SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Vergi borcu olan 2 şirkəti bağladı, MMC-yə direktor keçdi

Vergi borcu olan 2 şirkəti bağladı, MMC-yə direktor keçdi

  • 14 noyabr 2026, 22:16
Sumqayıt

Sumqayıtda fəaliyyət göstərən "AB İnter Servis G" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbər vəzifəsində dəyişiklik baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, 2018-ci ildən fəaliyyət göstərən şirkətdə direktor postunda Babək Əli̇yevin yerinə Fəridə Məmmədova təyin olunub.

Təyinat bu ayın əvvəli baş tutub. Eyni vaxtda Fəridə Məmmədovanın qanuni təmsilçisi olduğu və riskli vergi ödəyicisi statusuna düşmüş 2 şirkət də fəaliyyətini dayandırıb.

Bunlardan biri Sumqayıt şəhəri, Corat qəsəbəsində qeydiyyatda olan "Texno Az" MMC-dir.  2024-cü ildə yaradılmış və cəmi 1 manat nizamnamə kapitalı olan şirkətin hazırda 7300 manat vergi borcu var.

Məmmədova Fəridə Abas qızının direktoru olduğu digər riskli vergi ödəyicisi olan şirkət isə "Midland Servis" MMC-dir. Sumqayıt şəhərində 5 manat nizamnamə kapitalı ilə 2024-cü ildən fəaliyyət göstərən bu şirkətin isə 10 min manat vergi borcu yığılıb.

Skat.az - Ev və Avtomobil elanları