SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Sabiq nazir yeni satış müdiri təyin etdi

Sabiq nazir yeni satış müdiri təyin etdi

  • 13 noyabr 2026, 18:52

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Group”a daxil şirkətlərdən biri olan "İmagro" MMC-də yeni təyinat olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Orxan Şərifli şirkətin Korporativ satışlar müdiri təyin edilib.

Qeyd edək ki, “İmprotex” şirkətlər qrupu 1991-ci ildə yaradılıb. Şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “İmagro” kimi törəmə şirkətlər daxildir.

"İmagro" MMC kənd təsərrüfatı üçün traktorlar, aqrotexnika, ehtiyat hissələrinin satışını və servis həllərini həyata keçirir.

Orxan ŞərifliOrxan Şərifli

Skat.az - Ev və Avtomobil elanları