"Nur Cosmetics" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, 2020-ci ildən kosmetika və şəxsi qulluq məhsullarının idxalı, pərakəndə və topdan satışı ilə məşğul olan şirkət bu ay işini dondurub.
Qeyd edək ki, Türkiyə və digər ölkələrdən kosmetik məhsulların aktiv idxalatçılarından biri olan "Nur Cosmetics"in direktoru Səbinə Niftiyevadır.
Qeydiyyat ünvanı Şirvan şəhəri olan şirkətin dövlətə 140 manat vergi borcu da qalıb.