SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycanda telekommunikasiya şirkətinin rəhbərliyində oğul atasını əvəzlədi

Azərbaycanda telekommunikasiya şirkətinin rəhbərliyində oğul atasını əvəzlədi

  • 12 noyabr 2026, 16:39

"İmpuls" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni direktor təyinatı baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, simsiz internet provayder kimi fəaliyyət göstərən "İmpuls" MMC-də Elvin İbrahimovun yerinə direktor vəzifəsinə onun oğlu Elmir İbrahimov təyin olunub.

Qeyd edək ki, 1997-ci ildən təsis edilmiş və İT/telekommunikasiya sahəsində çalışan MMC-nin nizamnamə kapitalı 299 min manatdır.

Simsiz internet, mini-ATS, domofon və İP-telefoniya xidmətləri təklif edən "İmpuls" şirkətinin hazırda 12,6 min manat vergi borcu da var. 

Skat.az - Ev və Avtomobil elanları