"Xerox" korporasiyasının Azərbaycanda rəsmi və baş tərəfdaşı olan "Xerotek L.L.C." (Xerotek) şirkətinin külli miqdarda borcu yaranıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, İT texnologiyaları, ofis avadanlıqları, printerlər, çoxfunksiyalı qurğular, skanerlər satan "Xerotek" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu 116 min manata çatıb.
Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən "Xerotek" MMC nizamnamə kapitalı 1000 ABŞ dollarıdır, direktoru Orxan Əliyevdir.