"Gilan Holding" şirkətlər qrupuna daxil olan şirkətə maya qoyulub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Business Management Group Companies" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalını 150 min manat artıraraq 9 198 500 manata çatdırıb.
Qeyd edək ki, "Gilan Holding"in 2019-cu ildə təsis etdiyi "Business Management Group Companies" MMC-nin direktoru Zülfiqar Babayevdir.