“Zeytun Pharmaceuticals” MMC-də rəhbər vəzifəyə yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Rövşən Talıbov “Zeytun Pharmaceuticals”da logistika direktoru vəzifəsinə təyin olunub.
R.Talıbov bundan əvvəl, 2024-cü ilin noyabrından 2026-cı ilin noyabrınadək şirkətdə departament rəhbəri vəzifəsini tutub.
O, 2023-cü ilin iyunundan 2024-cü ilin noyabrınadək “Bravo Supermarket”də departament rəhbəri, 2022-ci ilin dekabrından 2023-cü ilin iyun ayınadək anbar əməliyyatları üzrə menecer, həmin ilin avqust-dekabr aylarında isə biznesin inkişafı üzrə menecer olub.
Rövşən Talıbov 2022-ci ilin aprelindən avqustunadək “Bizim Market & Novas Home” şirkətində logistika departamentinin rəhbəri, 2021-ci ilin sentyabrından 2022-ci ilin aprelinədək logistika üzrə layihə meneceri vəzifəsində çalışıb.
O, 2020-ci ilin martından 2021-ci ilin sentyabrınadək “Avrora Group of Companies”də anbar nəzarəti bölməsinin rəhbəri, 2019-cu ilin avqustundan 2020-ci ilin aprelinədək “Sumqayıt Texnologiyalar Parkı”nda məsləhətçi, 2018-ci ilin yanvarından 2019-cu ilin avqustunadək isə “Avrora Group of Companies”də anbar rəhbəri olub.
R.Talıbov 2012-ci ilin aprelindən 2018-ci ilin yanvarınadək “Azərsun Holdinq”də WMS mütəxəssisi, 2008-ci ilin yanvarından 2009-cu ilin iyulunadək “AYSU Qida Sənaye” MMC-də, 2004-cü ilin aprelindən 2007-ci ilin dekabrınadək isə “Veysəloğlu” şirkətlər qrupunda WMS operatoru vəzifəsində çalışıb.
Qeyd edək ki, "Zeytun Pharmaceuticals" MMC-nin sahibi Bəhruz Şirəliyevdir. 12 ildir fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı hazırda 4000 manatdır.
Rövşən Talıbov