"Aslift" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət qarşısı külli miqdarda borcu aranıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Aslift" MMC-nin vergi borcu 300 min manatı ötüb.
Hazırda şirkətin borcu 300 178 manat təşkil edir.
Qeyd edək ki, "AS Lift & Doors" şirkəti lift, eskalator, avtomatik qapı və girişə nəzarət sistemlərinin satışı, quraşdırılması, təmiri və texniki servisi sahəsində fəaliyyət göstərir.
Şirkətin nizamnamə kapitalı 10 manat, direktoru Elşən Aslanovdur.
Bu ilin yayında "Aslift" valyuta qaydalarını pozmaqda ittiham edilərək məhkəməyə verilmişdi.