SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Tikinti şirkəti fəaliyyətə başlayandan 3 ay sonra məhkəməyə düşdü

Tikinti şirkəti fəaliyyətə başlayandan 3 ay sonra məhkəməyə düşdü

  • 04 noyabr 2026, 18:19

“Ramazan Construction” Məhdud Məsuliyyətli Cəmiyyət maliyyə pozuntusuna yol verib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən “Ramazan Construction” MMC-də yoxlama aparılıb. 

Məlum olub ki, “Ramazan Construction” MMC 2026-cı il tarixində ödənilmiş nizamnamə kapitalı barədə məlumatı 5 iş günü ərzində qeydiyyat orqanına təqdim etməyib.

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə protokol tərtib edilib. 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “Ramazan Construction” MMC 1000 manat məbləğində cərimə olunub.

“Ramazan Construction” MMC bu ilin iyun ayında qeydiyyatdan keçib. Nizamnamə kapitalı 1000 manat olan şirkətin direktoru Hüseyn Həsənovdur.

Skat.az - Ev və Avtomobil elanları