Azərbaycanda yaşayış binaları tikən "Kristal Bakı" ASC 2026-ci ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 2,1 milyon manat xalis mənfəət əldə edib (ötən ilin eyni dövrünü 16,7 milyon manat zərərlə başa vurmuşdu).
Bu il iyulun əvvəlinə "Kristal Bakı"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 0,1% az – 769,15 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 811,25 milyon manat (0,9% az), balans kapitalının çatışmazlığı isə 42,1 milyon manat (14,3% az), o cümlədən nizamnamə kapitalı 1 milyon manat (dəyişməyib) olub.