SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Brewtopia Coffee Bar fəaliyyətə başlayan kimi cərimələndi

"Brewtopia Coffee Bar" fəaliyyətə başlayan kimi cərimələndi

  • 03 noyabr 2026, 09:46

“Brevtopia Coffee Bar” Məhdud Məsuliyyətli Cəmiyyət ("Brewtopia Coffee Bar") cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 2026-cı il tarixdə qeydiyyatdan keçməsinə baxmayaraq nizamnamə kapitalı qanunvericilikdə nəzərdə tutulmuş 3 ay müddət ərzində ödənilməyib. Müddət bitdikdən sonra ödəniş edilib və ödəniş qəbzi qeydiyyat orqanına təqdim edildikdə pozuntu aşkar edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsi ilə protokol tərtib edilib. 

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC 2 min manat cərimə edilib.

Qeyd edək ki, "Brewtopia Coffee Bar" bu ilin aprel ayında fəaliyyətə başlayıb. Direktoru Səbinə Məhərrəmovadır. 

Skat.az - Ev və Avtomobil elanları