SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Albayrak” Qrupun Azərbaycandakı şirkətinə yeni təyinat

“Albayrak” Qrupun Azərbaycandakı şirkətinə yeni təyinat

  • 02 noyabr 2026, 11:28

“Alport Baku”da baş menecerin müavini vəzifəsinə təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ceyhun Bəbirov “Alport Baku” MMC-də baş menecerin müavini vəzifəsinə təyin olunub.

Ceyhun Bəbirov 2023-cü ilin avqustundan “Alport Baku”da texniki xidmət üzrə menecer vəzifəsini də icra edir. O, 2025-ci ilin sentyabrından “Albayrak” Qrupunda əməliyyat və texniki xidmət üzrə menecer kimi fəaliyyət göstərir. Bundan əvvəl, 2023-cü ilin avqustundan 2025-ci ilin yanvarınadək həmin qrupda gübrə yüklərinin emalı terminalının texniki xidmət bölməsinin rəhbəri olub.

O, 2022-ci ilin dekabrından 2023-cü ilin avqustunadək “Corvus Group” MMC-də mexaniki layihə meneceri vəzifəsində çalışıb.

Ceyhun Bəbirov 2020-ci ilin noyabrından 2022-ci ilin avqustunadək “AZFEN” MMC-də tikinti layihələri üzrə mühəndis, 2020-ci ilin iyulundan oktyabrınadək qazma işləri üzrə tikinti mühəndisi, 2020-ci ilin yanvarından iyulunadək isə üst tikililərin inşası üzrə mühəndis olub.

O, 2019-cu ilin sentyabrından 2020-ci ilin yanvarınadək “PROKON” MMC-də layihə nəzarəti üzrə mühəndis, 2017-ci ilin dekabrından 2019-cu ilin sentyabrınadək “AZFEN” MMC-də aparıcı mexanika və boru sistemləri mühəndisi, 2016-cı ilin dekabrından 2017-ci ilin dekabrınadək “Corvus Group” MMC-də mexanika və boru sistemləri mühəndisi, 2013-cü ilin aprelindən 2016-cı ilin noyabrınadək isə “AZFEN” MMC-də ölçü nəzarəti üzrə mütəxəssis vəzifələrində çalışıb.

Qeyd edək ki, “Alport Baku” MMC liman idarəçiliyi və dəniz nəqliyyatı-logistika sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkət Türkiyənin “Albayrak” Qrupuna daxildir və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müəyyən terminal və liman əməliyyatlarını idarə edir.

Ceyhun BəbirovCeyhun Bəbirov

Skat.az - Ev və Avtomobil elanları