"Fintech Lizing" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında külli miqdarda borcu yaranıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, lizinq şirkətinin vergi borcu 195 manat təşkil edir.
Qeyd edək ki, əsasən Amerika bazarından idxal olunan avtomobillərin lizinq və kredit şərtləri ilə satışını həyata keçirən "Fintech Lizing" 2023-cü ildən fəaliyyət göstərir, direktoru Orxan Bayramovdur.
Şirkət bu ay nizamnamə kapitalını 2 dəfə artıraraq 100 min manatdan 200 min manata çatdırmışdı.