SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycanın konsaltinq agentliyinin pul köçürdüyü İtaliya şirkəti iflasa uğradı - MƏHKƏMƏ İŞİ

Azərbaycanın konsaltinq agentliyinin pul köçürdüyü İtaliya şirkəti iflasa uğradı - MƏHKƏMƏ İŞİ

  • 30 oktyabr 2026, 10:19

“İBD Group” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində inzibati protokol tərtib edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nəsimi rayonu, Akademik Mustafa Topçubaşov, ev 21, mənzil 10-da qeydiyyatda olan “İBD Group” MMC 2024-cü ildə 10 min avro məbləğində vəsaiti bank vasitəsilə avans olaraq ölkə xaricinə köçürüb. 

Lakin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Mərkəzi Bank tərəfindən “İBD Group” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. 

İş üzrə izahat verən “İBD Group” MMC-nin nümayəndəsi Elşad İkram oğlu İbadov bildirib ki, MMC ilə İtaliyada yerləşən şirkət arasında bağlanmış müqavilə üzrə 2024-cü il tarixində həmin şirkətinin hesabına pul vəsaiti köçürülüb. 

Lakin qeyd olunan şirkət iflasa uğradığından aralarında bağlanmış müqaviləyə xitam verilib və köçürdükləri məbləğ hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin vəsait onlara geri qaytarılmayıb. Malların idxal edilməməsi və ya vəsaitin geri qaytarılmaması onların təqsiri ucbatından baş verməyib. 

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilib.

Qeyd edək ki, fiziki və hüquqi şəxslərə peşəkar məsləhət və dəstək xidmətləri göstərən “İBD Group” konsaltinq agentliyi 2019-cu ildən fəaliyyət göstərir, direktoru Xatirə Hacıyevadır.

Skat.az - Ev və Avtomobil elanları