SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Sənədi 5 gün gecikdirdi - 1000 manat cərimələndi

Sənədi 5 gün gecikdirdi - 1000 manat cərimələndi

  • 29 oktyabr 2026, 17:09

Nizamnamə kapitalı ilə bağlı sənəd vaxtında təqdim edilmədi, şirkət cərimələndi

“Vizith Company” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən MMC-də yoxlama aparılıb. 

Məlum olub ki, “Vizith Company” MMC nizamnamə kapitalı.2026-cı il tarixdə ödənilməsinə baxmayaraq sənəd qeydiyyat orqanına 5 iş günü ərzində təqdim edilməyib. 

Buna görə də şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə protokol tərtib edilib. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə MMC 1000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, "Vizith Company" bu ilin mart ayında təsis edilib. Şirkətin nizamnamə kapitalı 10 manat, direktoru Vüqar Rzayevdir.

Skat.az - Ev və Avtomobil elanları