Azərbaycanda neft-qaz və tikintidə quraşdırma və qazma üzrə fəaliyyət göstərən "Caspian Engineering Solutions" (CES) MMC-nin dövlətə borcu 3 dəfəyə qədər artıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin dövlətə vergi borcu 630 min manatdan 1 768 min manata yüksəlib.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən "Caspian Engineering Solutions" Azərbaycanda sənaye, neft-qaz və tikinti sahələrində yoxlama, sınaq, laboratoriya, sənaye təmizliyi, quraşdırma və idarəolunan təzyiqli qazma (MPD) üzrə ixtisaslaşıb. Nizamnamə kapitalı min manat olan şirkətin direktoru Cəmaləddin Əliyevdir.