SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Referans Pharmaceuticals” pul köçürmələrinə görə CƏRİMƏLƏNDİ

“Referans Pharmaceuticals” pul köçürmələrinə görə CƏRİMƏLƏNDİ

  • 29 oktyabr 2026, 10:07

“Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 20 min avro məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb. 

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 10 min avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. 

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2 min avro cərimə edilib.

Qeyd edək ki, "Referans Pharmaceuticals" MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Abbas Əliyevdir. Şirkət bir çox dövlət qurumlarının dərman vasitələrinin alınması ilə bağlı elan etdiyi tenderlərin qalibi olub.

Skat.az - Ev və Avtomobil elanları