SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“İmperial-Stone”da yoxlama: Vəzifəli şəxs cərimələndi

“İmperial-Stone”da yoxlama: Vəzifəli şəxs cərimələndi

  • 28 oktyabr 2026, 10:19

“İmperial-Stone” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “İmperial-Stone” MMC-də yoxlama aparılıb. 

Yoxlama zamanı mərmər, qranit və təbii daş məhsullarının satışı, emalı və quraşdırılması ilə məşğul olan şirkətdə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması müəyyən edilib.

“İmperial-Stone” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə protokol tərtib edilib. 

Bundan başqa, MMC-nin vəzifəli şəxsləri barəsində də eyni maddə ilə protokol tərtib edilib. 

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilib.

Amma şirkətin vəzifəli şəxsi həmin maddə ilə təqsirli bilinib və 1500 manat cərimə olunub. 

Qeyd edək ki, “İmperial-Stone” MMC-nin qanuni təmsilçisi - rəhbəri və direktoru Emin İsa oğlu Hüseynovdur.

Skat.az - Ev və Avtomobil elanları