“Vision Biotechnology” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində araşdırma aparılıb.
Yurd.Media xəbər verir ki, molekulyar diaqnostika, PCR test dəstləri, laboratoriya avtomatlaşdırılması və baytarlıq diaqnostikası sahələrində fəaliyyət göstərən və bu ilin əvvəlində yaradılan şirkət tərəfindən nizamnamə kapitalı ödənməsinə baxmayaraq, bu barədə məlumat 5 iş günü ərzində təqdim edilməyib.
Bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən yoxlama aparılıb.
Yoxlama zamanı sənədlər qeydiyyat orqanına təqdim edilən zaman bu fakt aşkar edilib.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə məlum olub ki, MMC bu il qeydiyyatdan keçib və nizamnamə kapitalı 10 manatdır.
Məhkəmənin qərarı ilə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilib.