SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Asif Zeynalovun özəl enerji şirkətlər qrupunda YENİ TƏYİNAT

Asif Zeynalovun özəl enerji şirkətlər qrupunda YENİ TƏYİNAT

  • 28 oktyabr 2026, 18:28

Azərbaycanda ilk özəl enerji şirkətləri qrupu olan "GL Group" yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ramin Cavadov şirkətin qrup üzrə maliyyə meneceri vəzifəsinə təyin olunub.

O, bu təyinatadək "EY" beynəlxalq auditor və konsaltinq şirkətinin Azərbaycandakı nümayəndəliyində çalışıb.

Qeyd edək ki, "GL Group" Azərbaycanda beş mühüm yataqda — Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala”, “Zirə” yataqlarında neft-qaz əməliyyatları həyata keçirir. Şirkətin təsisçisi, Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalovdur. 

Skat.az - Ev və Avtomobil elanları