SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Deputatın şirkəti universiteti mebellə təmin edəcək

Deputatın şirkəti universiteti mebellə təmin edəcək

  • 29 oktyabr 2026, 19:47

Deputat Məşhur Məmmədovun təsisçisi olduğu şirkətlərdən biri kimi tanınan “Embawood” daha bir tenderi qazanıb.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Dövlət Universiteti (SDU) mebel avadanlıqlarının satın alınması ilə bağlı tenderə yekun vurub.

Tenderin qalibi “Embawood” MMC olub. Şirkətlə bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 155 min 493 manat 32 qəpik təşkil edir.

“Embawood” MMC 1996-cı ildən fəaliyyət göstərir, 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 3250 manatdır. Qanuni təmsilçisi Elşad İnşallah oğlu Abbasovdur.

Elşad Abbasov şirkətin əsas pay sahiblərindən biridir. O, bir müddət “Embawood”un baş direktoru vəzifəsində çalışıb. 2016-cı ildə bu vəzifədən istefa verərək şirkətin Müşahidə Şurasının sədri təyin edilib.

“Embawood”un əsas pay sahiblərindən biri də deputat Məşhur Məmmədovdur. Deputatın bioqrafik məlumatlarında onun şirkətin təsisçisi olduğu qeyd edilir.

Məşhur Məmmədov və Elşad Abbasovun biznes əlaqələri “Embawood”la məhdudlaşmır. Onlar “Emba Finans” QSC-nin də əsas səhmdarlarıdır.

Məşhur Məmmədov 2020-ci ildən deputatdır. O, parlamentdə 74 saylı Masallı seçki dairəsini təmsil edir.

Skat.az - Ev və Avtomobil elanları