SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Azorganika”ya maliyyə direktoru təyin olunub

“Azorganika”ya maliyyə direktoru təyin olunub

  • 30 oktyabr 2026, 23:06

Kənd təsərrüfatı və aqrosənaye sektorunda fəaliyyət göstərən “Azorganika” MMC-yə maliyyə direktoru təyin olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə Əmrah Muxtarov təyinat alıb.

Əmrah Muxtarov yeni təyinatından əvvəl 2026-cı ilin fevralından sentyabr ayınadək “Unibank”da aparıcı mütəxəssis, korporativ kreditlər üzrə mütəxəssis vəzifəsində işləyib.

O, 2025-ci ilin sentyabrından 2026-cı ilin fevralınadək “Ran Fruit” MMC-də satış şöbəsinin rəhbəri, həmin ilin iyulundan oktyabrınadək isə “Bakı Yem” MMC-də kommersiya idarəetməsi üzrə menecer vəzifəsini tutub.

Ə.Muxtarov 2022-ci ilin avqustundan 2025-ci ilin iyulunadək “PAŞA Bank” ASC-də korporativ kreditlər üzrə analitik kimi fəaliyyət göstərib.

Əmrah MuxtarovƏmrah Muxtarov

Skat.az - Ev və Avtomobil elanları