SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Şirkət 10 manatlıq nizamnamə kapitalına görə 2 min manat cərimələndi

Şirkət 10 manatlıq nizamnamə kapitalına görə 2 min manat cərimələndi

  • 31 oktyabr 2026, 10:59

“Gippo Group” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən MMC-də araşdırma aparılıb. 

Məlum olub ki, “Gippo Group” MMC 2026-cı il tarixində dövlət qeydiyyatına alınmasına baxmayaraq nizamnamə kapitalı 3 aydan gec ödənilib, qeydiyyat orqanına isə gec təqdim edilib. 

Buna görə də “Gippo Group” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsi ilə protokol tərtib olunub. 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “Gippo Group” MMC 2 min manat cərimə olunub.

Qeyd edək ki, bu ilin mart ayında dövlət qeydiyyatına alınan “Gippo Group” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin direktoru əvvəlcə Rəmzi Səbzəliyev olsa da sonradan onu Osman Səbzəliyev əvəz edib.

Skat.az - Ev və Avtomobil elanları