"Fintech Lizing" MMC nizamnamə kapitalını 2 dəfə artırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Fintech Lizing"in nizamnamə kapitalı 100 min manatdan 200 min manata qaldırılıb.
Qeyd edək ki, əsasən Amerika bazarından idxal olunan avtomobillərin lizinq və kredit şərtləri ilə satışını həyata keçirən "Fintech Lizing" 2023-cü ildən fəaliyyət göstərir, direktoru Orxan Bayramovdur.