SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
AzMetKim valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ

"AzMetKim" valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ

  • 04 oktyabr 2026, 11:26

Sənaye müəssisələri üçün kimyəvi xammal, laboratoriya reagentləri və avadanlıqlarının tədarükü və quraşdırılması həyata keçirən "AzMetKim" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 41,2 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. 

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Azərbaycan Mərkəzi Bankı tərəfindən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə "AzMetKim" MMC barəsində törətdiyi inzibati xətanın obyekti olmuş vəsaitin iyirmi faizi miqdarında, yəni 8,2 min ABŞ dolları məbləğində cərimə olunub.

Qeyd edək ki, 2011-ci ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 110 manat, direktoru Saleh Məmmədovdur.

Skat.az - Ev və Avtomobil elanları